Restoranlar üçün Bakıda hazırlanır
Noqta — azərbaycanlı kafe və restoranların gündəlik işini sadələşdirmək üçün yaradılmış platformadır.
modul bir sistemdə
dil: AZ · RU · EN
platforma: Windows, Mac, Android, iOS, web
gün — qoşulma müddəti
Niyə Noqta
Biz gördük ki, kiçik kafelər ya bahalı xarici sistemlər alır, ya da cədvəllərlə, WhatsApp qrupları və kağız menyularla işləyir. Heç biri yerli reallığa — üç dilə, e-kassa tələblərinə və yerli ödənişlərə — uyğun deyildi.
Ona görə Noqta-nı yaratdıq: kassa, QR-menyu, mətbəx, anbar, qonaqlar və analitika bir sistemdə, azərbaycan dilində və qonaq hansı dildə danışırsa, o dildə.
«Nöqtə» — hər şeyin birləşdiyi yerdir. Məkanınızın bütün işi bir nöqtədə.
Necə işləyirik
Sürətli
Yeni imkanları həftələrlə deyil, günlərlə çıxarırıq — müştərilərin istəkləri əsasında.
Yerli
Azərbaycan dili, e-kassa, yerli banklar və yerli dəstək — standart olaraq.
Etibarlı
Şifrələnmiş bağlantı, 2FA, rollar, hərəkətlər jurnalı və oflayn rejim.
Yaxın
Telefon və WhatsApp ilə canlı insanlar; lazım olanda gəlirik.
Şəffaf
Sadə tariflər, gizli ödəniş yoxdur.
Praktik
Hər imkan real məkanlarda sınaqdan keçir.
Rekvizitlər
VÖEN 2007411731
Mətbuat prospekti 2, mənzil 87, Bakı AZ1073, Azərbaycan
+994 55 380 88 39
Bir gündə qoşub quraşdıraq
Menyunu köçürəcəyik, fotoları yükləyəcəyik, QR kodları və kassanı quraşdıracaq, komandanı öyrədəcəyik. Nömrənizi qoyun — zəng edək.